“Fenerbahçe” yay transferinə erkən start verdi – Hədəfdə BU OYUNÇULAR VAR
“Fenerbahçe” yay transfer dönəminə erkən start verib və dünya ulduzlarını heyətinə qatmaq üçün hərəkətə keçib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” nəşri məlumat yayıb.
Məlumata görə, sentyabrda keçiriləcək klub konqresi ərəfəsində iddialı transferlərlə gündəmə gəlmək istəyən prezident Ali Koç artıq fəaliyyətə başlayıb. İllərdir çempionluq həsrəti yaşayan “Fenerbahçe” rəhbərliyi portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə yolları davam etdirməyi və heyətə təcrübəli futbolçular cəlb etməklə güclü komanda formalaşdırmağı planlaşdırır.
Komandanın əsas transfer hədəfləri isə “Manchester City”nin ulduz futbolçuları Cek Qrealiş və Ceremi Dokudur. Bildirilir ki, Pep Quardiolanın gələcək mövsüm üçün hazırladığı planlarda bu iki oyunçuya yer verməməsi onların transfer ehtimalını artırır.
Qeyd edək ki, ingilis yarımmüdafiəçi Cek Qrealiş bu mövsüm “Manchester City”nin heyətində 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Belçikalı vinger Ceremi Doku isə 6 qol və 9 assistlə ümumilikdə 15 qola birbaşa töhfə verib.
Göycə Göycəyev