Fərat çayı çəkiləndə “qızıl” sandılar, sahili talan etdilər – Gerçək isə hamını şoka saldı!

media-hightechnic-468x90

 Fərat çayının su səviyyəsinin azalması nəticəsində çayın sahilində pirit (sarımtıl metal tərkibli mineral) tərkibli qayalar üzə çıxıb. Yerli sakinlər bu mineralları “qızıl” zənn edərək sahili talan etməyə başlayıblar.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, kənd sakinləri arasında yayılan söz-söhbətlərə əsasən, Rakka şəhərinə yaxın El Buhamid kəndindəki gənclər varlanmaq məqsədilə Fərat çayının sahilində “qızıl” axtarışı aparıblar. Kəndin ağsaqqalı Məhəmməd Əbu Salih əl-Tıyavi bildirib ki, yayılan sözlərdən sonra bir sıra kəndlilər sahildə sərbəst şəkildə axtarışa çıxıb.

media-nehir-cekilince-ortaya-cikti-koylu-altin-icin-talan-etti-gercegi-ogrenince-sok-oldular-17539427756904_1

Lakin aparılan araşdırmalar zamanı “qızıl” olduğu düşünülən maddənin əslində pirit olduğu müəyyən edilib. Pirit minerali “sarımtıl qızıl” kimi tanınır, lakin real qızıl deyil.

media-nehir-cekilince-ortaya-cikti-koylu-altin-icin-talan-etti-gercegi-ogrenince-sok-oldular-17539427755216_2

Qeyd edək ki, Fərat çayının su səviyyəsinin azalması nəticəsində bu mineral tərkibli qayaların üzə çıxması belə halların baş verməsinə səbəb olub.

Məsimə Məmmədova

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05