!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fərdi investorlar startap layihələrinə yatırım etmədikləri üçün...” - Osman Gündüz

!Reklam – Yazi

“Hökumət ilk öncə startaplar üçün ilkin investisiya problemini həll etməlidir”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti tərəfindən startapın müəyyən olunması meyarlarının təsdiqlənməsinə münasibət bildirən Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, yeni qərar irəliyə doğru bir addım olsa da, indiki halda bu qərardan ekosistemin sürətli inkişafını gözləmk sadəlövhlükdür:

“Meyarlara uyğun gələnlərə şəhadətnamə veriləcək və onlar mənfəət vergisindən azad olunacaq. Eyni zamanda, onları reyestrə salıb, pasport da verəcəklər. Gözlənilir ki, viza və xarici pasport da verilsin.

Hələlik Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müraciətlərin qəbulu və səhadətnamələrin verilməsi mexanizmini açıqlamayıb. Düşünürəm ki, hökumət startapların formalaşması və ilkin inkişafı üçün zəruri addımlar atmalıdır.

Bu addımlar çərçivəsində qəbul edilməsi vacib olan hüquqi sənədlərə vençur maliyyələşmə və vençur fondlar haqqında Qanunu, innovasiyaların inkişafı haqqında Strategiyanı, ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Qanunu, elektron ticarətin ƏDV-dən azad edilməsi haqqında qərarı, ali təhsildə İT ixtisaslara qəbulda “İnformatika, yoxsa Kimya” problemini həll etməyi, e-ticarət haqqında qanunun yenilənməsini (2005-də qəbul edilib) və sair misal çəkmək olar.

Fərdi investorlarımız hələlik digər sahələrə yatırımlar etdiyinə görə hökumət bu sahənin inkişafına dəstək verməlidir. Maraqlıdır ki, heç bir aidiyyatı qurum işlək vəziyyətdə olan bir İnverstorlar Klubu formalaşdıra bilməyib. Yəni aidiyyatı dövlət qurumlarından mühitin inkişafına yönəlik addımlar müşahidə olunmur.

Bu sahədə səlahiyyət sahibi olan 3 əsas dövlət qurumu – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İNNOLAND Mərkəzi və KOBİA bir araya gələrək maraqlı tərəflərlə birgə startap ekosistemin və innovasiyaların inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində konkret həllər hazırlamalıdırlar”.

Gülşən Şərif

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv