!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Fərdlərə və ailələrə yönəlik güzəştlər daha da artırılmalıdır” – Sabiq millət vəkili

!Reklam – Yazi

“Koronavirus pandemiyası ilə əlaqədar sahibkarlar üçün atılan addımları yetərli hesab eləmirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında koronavirus infeksiyasının yaratdığı iqtisadi böhran fonunda Azərbaycanda sahibkarlar üçün nəzərdə tutulan güzəştləri şərh edən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirli qeyd edib ki, Nazirlər Kabinetinin böhranın təsirlərinin zəiflədilməsinə yönəlik tədbirlər planında pandemiyanın ağır zərbə vurduğu sahibkarlar nəzərə alınsa da, ölkədə sahibkarlığın böyük qismi məmurların əlindədir:

“Tədbirlər planı fonunda turizm sektoru, hotelçilik və daşıma xidmətləri olan sahələrdə çalışan sahibkarlara daha çox güzəşt edilməsi nəzərdə tutulur. Çünki bu sahələrdə günəmuzd çalışanların sayı kifayət qədər çoxdur və atılan addımlar işlə bağlı ixtisarların olmaması üçündür.

Eyni zamanda, mikrosahibkarlıq subyektlərinə güzəştlər ediləcək. Koronavirus pandemiyası ilə bağlı atılan addımlar qismən müsbət hal olsa da, ümumilikdə qanedici deyil.

Əsasən, fərdlərə və ailələrə yönəlik güzəştlər daha da artırılmalıdır. Çünki ölkədə qeydiyyatda olan real sahibkarlar azdır. VÖEN-in olub-olmamasından asılı olmayaraq, məmur sahibkarlığının fəaliyyəti daha yüksəkdir. Bu baxımdan, özəl sekor çox əhatəli deyil”.

Qeyd edək ki, Nazirlər Kabinetinin hazırladığı böhranın təsirlərinin zəiflədilməsinə hədəflənən tədbirlər planına əsasən, sahibkar 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini icra etməyibsə, güzəştlərdən yararlana bilməyəcək.

Gülşən Şərif

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv