FES faizlə bağlı qərarını verdi
Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot faiz dərəcəsini 0,25 baza bəndi azaldaraq illik 3,75-4% aralığına endirib.
Yenicag.az xəbər verir ki, bu barədə maliyyə qurumunun Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin (FOMC) iclasının nəticələrinə dair bəyanatında deyilib.
FOMC həmçinin balans aktivlərinin azaldılmasını dekabrın 1-də başa çatdıracağını açıqlayıb. FED-in növbəti iclası dekabrın 9-10-na planlaşdırılıb.
Əvvəlki iclasda faiz ötən ilin dekabr ayından bəri ilk dəfə olaraq endirilib.
Qeyd edək ki, ABŞ hökumətinin fəaliyyətini dayandırması səbəbindən tənzimləyici bir sıra mühüm iqtisadi məlumatları, xüsusilə pul siyasətini düzəldərkən nəzərə aldığı xəbərləri açıqlamayıb. Federal hökumətin maliyyələşdirilməsinin dayandırılması respublikaçılar və demokratlar arasında büdcənin əsas xərc maddələri ilə bağlı hələ də qəbul edilməmiş fikir ayrılıqları səbəbindən başlayıb.












