Keçmiş futbolçular barəsində açılan cinayət işi çərçivəsində şübhəlilərin dindirilməsi prosesi davam edir.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, FETÖ terror təşkilatının üzvü, futbolçu Bekir İrtegün təşkilatla əlaqələrinin 2007-2008-ci illərdə, “Qaziantepspor”da oynadığı zaman qurulduğunu bildirib. O, özü ilə birlikdə Ömər Çatkıç və Barış Durmazın da FETÖ-nün iclaslarına qatıldığını etiraf edib. İrtegünün məşhur futbolçu Emre Belözoğlu ilə bağlı etdiyi etiraf isə gündəmə bomba kimi düşüb.
O, Belözoğlu barədə bunları deyib:
“2009-cu ildə “Fenerbahçe” futbol klubuna transfer olunan kimi Ali Şenel adlı bir şəxs mənə zəng elədi. Daha sonra onun dəvətilə FETÖ-nün iclaslarına qatıldım. Bir neçə dəfə Emre Belözoğlunun evində yığışmışdıq. “Fenerbahçe”də oynadığım müddət ərzində Alper Potuk, Orhan Şam, Gökhan Gönül və Mehmet Topalı da Ali Şenelin təşkil etdiyi yığıncaqlarda görürdüm”.