“Chelsea” fransız oyunçuya “elçi düşdü” – “Zadəganlar”ın yeni mövsüm hədəfi ODUR

media-hightechnic-468x90

İngiltərə Premyer Liqasının nəhəng klublarından olan “Chelsea” hücum xəttini gücləndirmək məqsədilə transfer axtarışlarını davam etdirir. Məlumata görə, London təmsilçisinin transfer siyahısında ilk sırada fransız hücumçu Hüqo Ekitike yer alır.

Yenicag.az xəbər verir ki bu barədə “RMC Sport” nəşri məlumat yayıb.

Nəşrin iddiasına əsasən, Qərbi London təmsilçisi hazırda Almaniyanın “Eintracht Frankfurt” klubunun formasını geyinən Hüqo Ekitike ilə maraqlanır və tərəflər arasında ilkin danışıqlara başlanılıb.

Qəzet yazır ki, “Chelsea” 100 milyon avro bazar dəyərinə malik olan fransız oyunçunun transferini tamamlamaq üçün bütün mümkün variantları nəzərdən keçirir. Bununla belə, Ekitikenin vəziyyətini izləyən yeganə İngiltərə komandası “Chelsea” deyil. “Arsenal” və “Liverpool” klubları da oyunçunun vəziyyətini yaxından izləyir.

Qeyd edək ki, Hüqo Ekitike cari mövsüm Frankfurt təmsilçisinin heyətində 22 qol və 14 məhsuldar ötürmə ilə komandanı Çempionlar Liqasına daşıyan əsas fiqurlardan biri olub.

Göycə Göycəyev

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600