Millimizin keçmiş futbolçusunun vəziyyəti pisləşdi - AÇIQLAMA
Futbol üzrə Azərbaycan milli yığmasının keçmiş kapitanı Kamal Quliyevin səhhətində problemlər yaranıb.
Yenicag.az xəbər verir ki, “Neftçi” klubunda uzun illər forma geyinmiş, bir çox ölkələrdə top qovmuş, ən son “Neftçala” klubunun baş məşqçisi işləmiş keçmiş futbolçu Kamal Quliyevin xəstəliyi pisləşib.
Saytımıza açıqlama verən keçmiş futbolçu qaraciyərinin sıradan çıxdığını, ağrılardan danışmağa çətinlik çəkdiyini bildirib.
Xatırladaq ki, Kamal Quliyevin aylar öncə qaraciyərində problem yarandığı və müalicə üçün 40 min manatdan artıq vəsaitə ehtiyacı olduğu haqqında mediada məlumat dərc edilmişdi.
Nurlan Cəfəri












