FETÖ-çu generallar NATO-ya da əl uzadıblar – Məxfi məlumatlar hara ötürülüb?

FETÖ terror şəbəkəsinə mənsub generalların işlədikləri NATO mərkəzlərində təxribatla məşğul olduqları aşkarlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, NATO-nun müxtəlif layihələrinə cəlb olunmuş bəzi generalların pozuculuq fəaliyyəti FETÖ təhqiqatı zamanı müəyyən edilib.

Məlumata görə, FETÖ işi çərçivəsində aparılan təhqiqat zamanı həbs edilən bir sıra şəxslərin kompüterlərinin araşdırılması zamanı yeni detallar üzə çıxıb.

Qeyd edilir ki, aralarında generalların da olduğu Türkiyəli zabitlərin NATO-nun vacib mərkəzlərində əhəmiyyətli məlumatların surətini çıxararaq, geniş informasiya bazası yaradıblar.
Bundan başqa, həmin zabitlərin Türkiyəli hərbçilər barəsində məqsədli şəkildə mənfi təsəvvür formalaşdırdıqları deyilir.

Maraqlıdır ki, FETÖ-çu zabitlərin NATO mərkəzlərindən götürdülkləri məlumatları ABŞ-dakı bir ünvana göndəriblər.
Türkiyəli zabitlərin bu fəaliyyətinin üzə çıxması NATO-da ciddi narahatlığa səbəb olub.

Yeniçağ.Az

COP29