!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"FETÖ-çular özlərinə xristian adları qoyurlar" - Nazir açıqladı

!Reklam – Yazi

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, Milliyyət qəzetinin yazarı Abdullah Karakuşa müsahibə verib.

ABŞ-a FETÖ ilə bağlı xəbərdarlıq edən nazir vurğulayıb: “Öz millətinə, dövlətinə xəyanət edənlər, Amerikaya, başqa ölkələrə niyə xəyanət etməsin ki?!”

Yenicag.az həmin müsahibədən ən vacib hissələri oxucularına təqdim edir:

– Adil Öksüzün saxlanılması ilə bağlı yeniliklər varmı?

– Adil Öksüz məsələsi Türkiyənin əsas gündəm mövzularından biridir. Prosesin bütün detalları nəzərə alınır. Təqsirkarlar ədalət qarşısında cavab verəcək. Təbii ki, Adil Öksüzün harada olması barədə dəqiq məlumatlar yoxdur. O, Türkiyənin hər hansı bir bölgəsində gizlənmiş, ölkə xaricinə qaçmış və ya ümumiyyətlə, danışmaması üçün öldürülmüş ola bilər. Bu ehtimalların hansının doğru olduğunu hələlik, dəqiqləşdirə bilmirik. Dövlət onun axtarışı üçün bütün imkanları yaradıb. Ölkə içində bir yerdən başqa bir yerə hərəkət etməsi ehtimalı çox aşağıdır. Xaricə getmədiyinə də qəti əmin deyilik.

– ABŞ-ın Güləni geri qaytarması ilə bağlı nə düşünürsünüz, bu sahədə dəyişiklik varmı?

– Onun geri qaytarılması ilə bağlı tələblərimiz ABŞ-a çatdırılıb. 8 min səhifəlik dosyelərdə onun hansı səbəblərə görə qaytarılmalı olduğunu izah etmişik. ABŞ-Türkiyə münasibətlərinin gündəmində ilk növbədə bu məsələ dayanıb. Bundan sonra da münasibətlərin sağlam şəkildə davam etdirilməsində sözügedən məsələnin xüsusi təsiri olacaqdır. ABŞ empatiya qurmalıdır. ABŞ-ın Fətullah Gülənlə bağlı heç bir addım atmaması, Türk xalqının ABŞ-a və ABŞ hökümətinə qarşı münasibətinə mənfi təsir göstərir.

FETÖ terror təşkilatı Türkiyə əleyhinə istifadə edilən bir maşa idi. FETÖ artıq Türkiyəyə qarşı istifadə edilmə mənasında öz effektini itirib. Bu, təkcə ABŞ üçün deyil, digər ölkələrə görə də belədir. Çünki bu təşkilatın Türkiyə içində heç bir təzahürü yoxdur. Buna görə də bu terror təşkilatı vasitəsilə arzusuna çatmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər. Bundan sonra bu maşadan istifadə etmək istəsələr öz əllərini yandırmış olacaqlar. FETÖ Türkiyə üçün sadəcə, milli təhlükəsizliklə bağlı təhdid deyil, bu təşkilat həmçinin mövcud olduğu ölkələr üçün də təhlükə mənbəyidir. Amerikalılara öz məktəblərində təhsil verərək, öz ideologiyasını təbliğ edir və onları rəsmi qurumlarda yerləşdirərək, 40 il ərzində Türkiyədə etdiklərini orada da həyata keçirtmək istəyirlər.

ABŞ-da FETO-çular türk dilində olan adlarını dəyişdirirlər. Xristian adları götürərək, oradakı təriqətlərin, xristian qrupların tərkibinə daxil olurlar. Beləliklə də özlərinə etibar qazanaraq, öz təşkilatlarına cəlb edirlər. Son vaxtlar bu cür hadisələr daha çox artıb. Fikrimcə, Türkiyənin yaşadığı təcrübələrdən öyrənməli çox şey var. Çünki FETÖ öz millətinə etdiyi xəyanəti asanlıqla digər millətlərə qarşı da edəcək. İndi bu dediklərimə tənə ilə yanaşıb, gülə bilərlər, ancaq 15-20 il sonra bu gün Türkiyənin həyata keçirtdiyi təhlükəsizlik tədbirlərindən daha ağırlarını onlar etməli olacaqlar.

Yenicag.az

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv