!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fevral ayının HAVA PROQNOZU

!Reklam – Yazi

Azərbaycanda fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı, lakin ikinci ongünlükdə temperaturun normadan bir qədər aşağı enəcəyi gözlənilir.

Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk günlərində qeyri-sabit, yağıntılı hava şəraiti üstünlük təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 0-4 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 1-3 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.

Gündüzlər ayın birinci yarısında temperatur 4-9, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr temperatur 4-9, ikinci ongünlüyün ayrı-ayrı günlərində 12-17 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 1-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 3-8, ikinci ongünlüyün ayrı-ayrı günlərində 10-15 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 0-5 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində isə 1-6 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2-5 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 3-8 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-36 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 6-11 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 2-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturu 1-6 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta təşkil edəcək.

Gündüzlər 5-10 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr 1-5 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-2 dərəcə şaxta, dağlarda 7-12 dərəcə şaxta olacağı gözlənilir.

Gündüzlər havanın temperaturu 5-10 dərəcə isti, ikinci ongünlüyün ayrı-ayrı günlərində 0-3 dərəcə isti təşkil edəcək.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

www.yenicag.az

15588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv