!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fəxrəddin Altun AzTV əməkdaşlarına Fransada edilən hücumu qınadı

!Reklam – Yazi

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Fransada xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Dövlət Televiziyasının (AZTV) əməkdaşlarına qarşı edilən zorakılıqları qəti şəkildə pisləyən bəyanat yayıb.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, bəyanatda Avropanın insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində günü-gündən dəyərləri itirdiyi bildirilib:

“Mətbuat və media nümayəndəsinin informasiya almaq azadlığına edilən bu mənfur hücumu qətiyyətlə pisləyirik. Fransa rəsmiləri və hüquq-mühafizə orqanlarının hücumun təşkilatçılarını dərhal müəyyənləşdirib məsuliyyətə cəlb edəcəyinə ümid edirik”.

Fəxrəddin Altun mövzu ilə əlaqədar Azərbaycan Prezidentinin xarici məsələlər üzrə köməkçisi Hikmət Hacıyevlə telefon danışığı apardığını vurğulayıb:

“Hörmətli qardaşım Hikmət Hacıyevə telefonla zəng vurub dedim ki, Türkiyə olaraq bu mənfur hücuma işıq salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik.
Hücum zamanı xəsarət alan azərbaycanlı jurnalist qardaşlarımıza şəfa diləyir, bütün qardaş Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”.

www.yenicag.az

301
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv