!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN: Ötən sutka 49 yanğına çıxış oldu, 11 nəfər xilas edildi

!Reklam – Yazi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Yenicag.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış, 12 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 11 nəfər xilas edilib. Həmçinin, yanğınlar zamanı 8 nəfər təxliyə olunub, 6 nəfər yanıq xəsarəti alıb.

Bundan başqa, Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışlar nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla 22 nəfər vətəndaş təxliyə edilib.

COP29

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv