Filippin sahillərində 7,3 bal gücündə zəlzələ oldu

media-hightechnic-468x90

Filippin sahillərində 7,3 bal gücündə zəlzələ qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutundan məlumat verilib.

Məlumata görə, yeraltı təkanların episentri Qərbi Davao vilayətinin 22,5 min nəfərdən çox əhalisi olan Sarangani bələdiyyəsindən 352 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı yerin 64 km dərinliyində olub.

Mütəxəssislər ərazidə təkrar zəlzələlərin olacağını istisna etmirlər. Sunami təhlükəsi yoxdur, zərərçəkənlər və mümkün dağıntılar barədə məlumat daxil olmayıb./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa