Filippində daha bir zəlzələ DƏHŞƏTİ

Filippində yenidən güclü zəlzələ baş verib.

Yenicag.az ABŞ-ın Geoloji Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, təbii fəlakət San-Aqustin şəhərindən cənub-şərqdə yerləşən Cənubi Suriqao vilayətində qeydə alınıb.

6 bal gücündə olan zəlzələnin ocağı 33 km dərinlikdə yerləşir.

Xəsarət alan və dağıntı barədə məlumat verilməyib.