Firəngiz Əlizadə “Grammy” -ə namizəddir
Beynəlxalq “Grammy” mükafatına “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb.
Nominasiyada üç namizəddən biri dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadədir. Məlumata görə, digər bəstəkarlar sırasında amerikalı Lera Auerbax və Meçislav Vaynberq də var. Firəngiz Əlizadənin sözlərinə görə, o, artıq 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə dəvət alıb:
“Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm”.
Qeyd edək ki, Beynəlxalq “Grammy” mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və “Oskar”ın musiqi variantı hesab edilir.(buro247.az)