Fitso Aİ-də sonun başlanğıcı ilə bağlı anons verdi
Slovakiya Baş naziri Robert Fitso bildirib ki, Avropa İttifaqı üzv dövlətlərin veto hüququnu ləğv edərsə, bu, birliyin sonunun başlanğıcı olacaq.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, o, bu fikri Brüsselin genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə görüşündə səsləndirib.
Baş nazir vurğulayıb:
“Slovakiya üçün bu prinsipial dərəcədə vacib məsələdir. Əgər Aİ-də əsas mövzular üzrə veto hüququ ləğv olunsa, bu, birliyin sonunun başlanğıcı olar”.
Fitso Kosu əmin edib ki, Slovakiya Avropa İttifaqına yeni ölkələrin qəbul olunması prosesini dəstəkləyir, lakin yalnız dövlət namizədlərə qoyulan bütün tələbləri yerinə yetirdikləri halda. Bununla yanaşı, o, Serbiyaya münasibətdə Brüsselin, ədalətsiz yanaşmasından narahatlığını ifadə edib.













