Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Forma “tilsim”inə düşən GƏLİR BƏYANNAMƏSİ: “Cavanşir Feyziyev nümunəsi aysberqin görünən tərəfidir” – ŞƏRH

Reklam: Sinerji Pro

“Həmin deputatlar qanunvericiliyin ziddinə olaraq, icra hakimiyyəti orqanlarında vəzifə daşıyırlar, ya da biznes fəaliyyəti ilə məşğuldurlar”.

Bu fikirləri deputat Cavanşir Feyziyevin ailə üzvləri ilə bağlı Böyük Britaniyada ortaya çıxan korrupsiya qalmaqalı fonunda Azərbaycanda vəzifəli şəxslərin gəlir deklarasiyası vermələrinin hələ də təmin olunmamasının səbəblərini şərh edən sabiq millət vəkili Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 30-40, bəlkə də daha çox sayda deputat “Milli Məclis deputatının statusu haqqında” qanunun tələblərini pozur:

“Öncə bunu qeyd edim ki, antikorrupsiya qanunvericiliyinə uyğun olaraq, bəyannamə formasının olmaması məmurların və deputatların deklarasiya vermələrini heç də əngəlləmir. Onlar dövri mətbuatda, yaxud da sosial şəbəkələrdə bu məsələni asanlıqla həll edə bilərlər.

Məsələn, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində olan bizim deputat fəaliyyəti ilə məşğul olan bir sıra şəxslər qoyulmuş tələbə əsasən, öz gəlir və əmlaklarını deklarasiya ediblər. Yəni deklarasiya formasının qəbul olunmamasını əsas gətirmək bəhanədir.

Son günlər adı hallanan Cavanşir Feyziyevin kontekstində nəyi deyə bilərəm? Əslində, 30-40, bəlkə də daha çox sayda deputatın “Milli Məclis deputatının statusu haqqında” qanunu pozduğu göz qabağındadır. Nəzərdə tutulan deputatlar qanunvericiliyin ziddinə olaraq, ya hələ də icra hakimiyyəti orqanlarında vəzifə daşıyırlar, ya da biznes fəaliyyəti ilə məşğuldurlar.

Qanun tələb edir ki, deputat yaradıcılıq və pedaqoji fəaliyyətdən başqa digər fəaliyyət növləri ilə məşğul ola, buna görə maaş ala bilməz. Bu baxımdan, sadəcə, Cavanşir Feyziyev deyil, bir çox deputatlar bilərəkdən və ya bilməyərəkdən qanunu pozurlar. Bəzi deputatlar institut direktoru, kafedra müdiri, dekan, yaxud digər inzibati vəzifələr tutaraq, bunu pedaqoji fəaliyyət kimi qələmə verirlər. Bütün bunlar qanun pozuntularıdır.

Ona görə də, Cavanşir Feyziyevin timsalında ortaya çıxan məsələlər hələ aysberqin görünən tərəfidir. Görünməyən tərəflərə gəldikdə deyə bilərik ki, məlum olur ki, iki deputat Milli Məclisin üzvü ola-ola konkret bir informasiya agentliyində direktor müavini postunu tutub, oradan maaş alıb. Bununla bağlı kifayət qədər nümunə göstərmək olar. Yəni qanunlar işləsəydi, o deputatların fəaliyyətinə xitam verilərdi”.

A.Zeynalov

www.yenicag.az

487
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100