Reklam: High Technic
hightechnic

Formula 1 ilə əlaqədar Bakıda tikinti işləri başlayır

Reklam: High Technic

Formula 1 ilə əlaqədar Bakıda tikinti işləri artıq başlayır.

Bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai qeyd edib ki, “pitstop” binası olan yerdə, yəni Hökumət Evinin qarşısında işlərə başlanılıb. O qeyd edib ki, işlər insanlara heç bir maneçilik törətmədən aparılır: “Əsas tikinti işlərınə may ayından başlanılacaq”.

N.Arpadarai əlavə edib ki, bilet satışı da normal qaydada davam edir: “Bilet satışı ilə əlaqədar ikinci, fevral kampaniyası davam edir, yəni kampaniya çərçivəsində bir bilet alana, ikinci bilet 50 faiz endirimlə satılır. Biletlər 40-dan çox ölkədən alınıb və nəticələrdən razıyıq. Azərbaycan vətəndaşları da biletlər alırlar. Bilet alışına görə ilk onluğa daxil olan ölkələr sırasında Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan, ərəb ölkələri var. Hətta Argentinadan da biletlər alınır”.

N.Arpadarai əlavə edib ki, Formula 1 ilə bağlı maraqlı konsert proqramı hazırlanır: “Üç konsert proqramının olması gözlənilir. Hələ ki, konsert proqramında kimlərin olacağı açıqlanmır. Amma bilet alan insanlar üçün maraqlı bir əyləncə proqramı olacaq”.

www.yenicag.az

222