Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikintilərin qarşısı alındı - FOTO/VİDEO

media-hightechnic-468x90

Ağstafa şəhərinin Səməd Vurğun küçəsində, Gəncə şəhərinin Cümhuriyyət küçəsi və N.Nərimanov prospektində qeyri-yaşayış obyektlərinin müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600