Fraksiya sədri intihar etdi

media-hightechnic-468x90

0aa9e337fe7e4951b4179f45694c09aeUkraynada Regionlar Partiyası fraksiyasının keçmiş sədr müavini Mixail Çeçetov intihar edib.

Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə ukraynalı jurnalist Artyom Şevçenko özünün “Facebook” səhifəsində yazıb.

“Məhkəmə-tibbi ekspertizadakı etibarlı mənbə bildirib ki, hadisə bu gecə saat 01.00 radələrində Kiyevdə baş verib. Mixail Çeçetov özünü yaşadığı binanın 17-ci mərtəbəsindən yerə atıb”, – deyə A. Şevçenko bildirib.

O qeyd edib ki, hadisə baş verən zaman M. Çeçetovun həyat yoldaşı evdə olub. İlkin məlumatlara görə, M. Çeçetov ölümdən öncə məktub yazıb.

Xatırladaq ki, fevralın 21-də Kiyevin Peçorsk rayon məhkəməsi M. Çeçetovun həbsi haqqında qərar çıxarıb. Eyni zamanda ona 5 mln. qrivnalıq pul girovu müqabilində azadlığa çıxmaq imkanı verilib. Çeçetov səlahiyyətlərindən sui-istifadədə ittiham olunurdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600