Fransa Azərbaycanın axtarışa verdiyi erməni oliqarxın villasını MÜSADİRƏ ETDİ - FOTO

media-hightechnic-468x90

Fransada erməni milyarderin şəxsi malikanəsinə həbs qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb. Məlumatda bildirilir ki, Fransada məhkəmə Rusiyada yaşayan erməni iş adamı, milyarder, Tashir şirkətlər qrupunun sahibi Samvel Karapetyanın şəxsi evinə həbs qoyub.

Qəzetin yazdığına görə, mülk rəsmi olaraq Karapetyana məxsusdur. Lakin Paris prokurorluğu iddia edir ki, əsl benefisiar “Qazprom”un törəmə şirkəti “Qazprom Neft”dir.

Le Monde-un məlumatına görə, dəyəri 120 milyon avro olan böyük obyekt Kot d’Azurdakı Rokebrune-Kap-Martin kommunasında yerləşir.

Dəbdəbəli malikanə bir neçə mərtəbədə əsas binalardan ibarətdir. Yaxınlıqda üç hovuz, tennis kortu və helikopter meydançası var.

“Le Monde” əlavə edir ki, Qərb tərəfindən anti-Rusiya sanksiyaları tətbiq edildikdən sonra bu, Fransa üçün Rusiya kapitalı ilə bağlı aktivlərin ən böyük müsadirəsidir.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Baş Prokurorluğu üç erməni əsilli iş adamını, o cümlədən Rusiya vətəndaşı, “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyanı beynəlxalq axtarışa verib.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600