!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Fransa bizə yuxarıdan aşağı baxırdı, amma adamı elə aşağıdan..." - Aqil Abbas

“Hollandlar dalları ilə fikirləşir e, başına dönüm, başları ilə yox”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edən Niderlandın və ermənipərəst mövqeyini daha da gücləndirən Fransanın futbol üzrə Avropa çempionatında mübarizəni dayandırmasını dəyərləndirən millət vəkili Aqil Abbas səsləndirib.

Aqil Abbas idmanın siyasətə alət edilməməli olduğunu bildirib:

“Birincisi, Hollandiya böyük səhv etmişdi. Bu, idmandır və idmanın heç bir şeyə dəxli yoxdur. Biz erməni komandası ilə görüşürük, eyni zamanda türklər də Ermənistanda oyun keçirmişdilər, aralarında torpaq iddiaları ola-ola. Avropa Oyunlarında erməni idmançılar Azərbaycana gəlmişdilər, medal da almışdılar. Yəni erməni özü bura gəlmişdi.

İkincisi də, biz heç yerə təcavüz etməmişik. Hollandlar dalları ilə fikirləşir e, başına dönüm, başları ilə yox. Dalları ilə fikirləşdikləri üçün də belə şeylər edirlər. Bunu BMT qəbul edirsə, Hollandiyaya nə dəxli var? Məsələn, mən hollandların udmasını istəyirdim, çünki yaxşı komandadır, futbol ölkəsidir. Amma uduzdular, uduzmaları da ləzzət elədi. Biz daha gözəl oyun gözləyirik.

Qaldı Fransanın uduzmağına… Fransa yaxşı oynayırdı, amma qarşılarındakı komandanı saymadılar. İsveçrə də onların anasını ağlatdı. Bax Fransa o günləri yaşayacaq. Bizə yuxarıdan aşağı baxırlar, biz də onların anasını elə ağladacağıq. Özlərini böyük dövlət bilirlər. Yuxarıdan aşağı baxarsan, səni elə aşağıdan məhv edərlər.

Qeyd edək ki, millət vəkili Aqil Abbas onların ünvanına hər birimiz qəlbindən keçənləri daha gözəl sözlərlə ifadə eləmişdi. Biz o ifadələri dəyişmək məcburiyyətində qaldıq.

Aqil Bəkir

www.yenicag.az

834
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100