!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa hərbçilərini Ukraynaya göndərir: Rusiyanın potensial hədəfi

!Reklam – Yazi

“Hər zaman dünya üçün müəyyən risklər yaradan qüvvələr ABŞ və Fransadır”.

Bunu Yenicag.az-a açıqlamasında Ukraynada Fransa hərbçilərinin Rusiyanın potensial hədəfi olduğu ilə bağlı bəyanatını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspertin sözlərinə görə, onlar məhz həmin qüvvələrdir ki, Ukrayna Rusiya ilə müharibəyə hazır olmadığı bir vaxtda onu oda atdılar.

“Bəyanatlar və sanksiyalarla, silahlar ayırmaqla Rusiyanı zəiflətməyə çalışdılar. İndi isə Fransa Prezidenti Emmanuel Makron Rusiya ilə döyüşmək üçün hərbçilərini Ukraynaya göndərəcəyi ilə bağlı fikirlər səsləndirib.

Real olaraq bu günə qədər Fransa legionunun Ukraynada fəaliyyəti müşahidə edilməyib. Düzdür, Fransız əsgərlərinin məhv edilməsinə dair təsdiqini tapmayan görüntülər mövcuddur. Ancaq Fransanın Ukraynada aktiv əməliyyatlarda iştirakını təsdiqləyən hər hansı fakt görülməyib. Fransa əsgərinin Ukrayna ərazisinə daxil olması daha böyük risk daşıyır, nəinki Fransız əsgərinin Ukraynada məhv edilməsi”, – deyə hərbi ekspert bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv