!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa hökumətində ÇALXALANMA – Makron üçün həlqə DARALIR

!Reklam – Yazi

Fransa prezidenti Emmanuel Makron Fransanın yeni hökumətinin tərkibini təsdiqləyib. Hökumətə Fransua Bayrunun başçılıq edəcəyi bildirilir. Bu, 2024-cü ildə Fransada formalaşdırılan artıq üçüncü hökumətdir. Bəzi nazirlər öz portfellərini qoruyub saxlayıb. Rəsmi məlumatlara əsasən, xarici işlər, müdafiə və daxili işlər nazirləri öz vəzifələrində qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, xüsusilə diqqət çəkən məqam odur ki, Bruno Retayonu daxili işlər naziri kimi saxlamaq qərara alınıb. Bu, sərtləşdirilmiş miqrasiya siyasətinin davam etdiriləcəyinə işarədir. Belə görünür ki, Makron bu sahədə müxalifət partiyası olan “Milli Birlik” ilə rəqabət aparmağı planlaşdırır.

Qəzetin məlumatına görə, yeni kabinetə keçmiş Baş nazir Elizabet Born da qayıdır:

“O, eyni anda iki təhsil qurumuna rəhbərlik edəcək: biri ali, digəri isə orta təhsil üzrə məsul qurumdur. Ədliyyə naziri vəzifəsinə isə Makronun tərəfdarlarından biri, keçmiş daxili işlər naziri Jerald Darmanen təyin olunub. Analitiklər hesab edir ki, Darmanenin Marin Le Penlə münasibətləri kifayət qədər gərgindir. Darmanen sağ yönümlü makronçudur və bir çox məsələlərdə Le Penin siyasi xətti hesab olunan platformada fəaliyyət göstərir. Bundan əlavə, Fransa ekspert dairələri Darmaneni kifayət qədər iddialı bir şəxsiyyət kimi qiymətləndirir. İqtisadiyyat və Maliyyə naziri isə dövlətin uzunmüddətli investisiyalarına rəhbərlik etmiş Erik Lombar olub. O, özündən əvvəl bu vəzifəni tutmuş 33 yaşlı Antuan Armanddan daha təcrübəlidir”.

Rusiyalı politoloq Aleksey Makarkinin fikrincə, Bayru, əvvəlki Baş nazir Barnye kimi, sosialistlərlə ortaq mövqeyə gələ bilməyib:

“Sosialistlər düşünür ki, seçicilər onları bağışlamaz, əgər Makronun rəhbərlik etdiyi və pensiya yaşının azaldılmasını istəməyən, həmçinin miqrasiyaya qarşı mübarizə aparan hökumətə qoşulsalar. Bu, “Yeni Xalq Cəbhəsi”nin siyasətinə ziddir. Buna baxmayaraq, Bayrunun kabinetində bəzi “solçular” da yer alıb. Əgər Barnyenin kabinetində sosialist keçmişə malik yalnız bir nazir var idisə, Bayrunun kabinetində onların sayı ikiyə çatıb”.

Makarkinə görə, Bayrunun hökumətində diqqət çəkən məsələlərdən biri də dənizaşırı ərazilər üzrə nazirin təyin edilməsidir:

“Bu vəzifəyə Fransua Ollandın prezidentliyi dövründə Baş nazir olmuş Manuel Vals gətirilib. O, xüsusilə Yeni Kaledoniyanın problemini tənzimləmək və ya sakitləşdirmək üçün çox iş görməlidir. Bu ərazi vacib hesab olunur, çünki Yeni Kaledoniyada dünyanın ən böyük nikel yataqlarından biri yerləşir”.

Tərcümə: Rafi Müslümov

www.yenicag.az

101
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv