Fransanın müdafiə naziri yaxın vaxtlarda Ermənistana səfərə gedəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Sebastyan Lekornu RTL radiosunda deyib.
“Yaxın vaxtlarda parlamentarilərdən və istehsalçılardan ibarət böyük nümayəndə heyətinin başında Ermənistana gedəcəyəm.
Bu, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir”, – Lekornu bildirib.
Onun sözlərinə görə, “Ermənistan ciddi təhlükəsizlik problemləri, o cümlədən Azərbaycandan gələn təhdidlərlə bağlı suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üzləşir”.
“Bizim məsuliyyətimiz Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaqdır”, – o qeyd edib.
Lekornunun sözlərinə görə, söhbət “sırf müdafiə məqsədləri üçün” yerdən havaya müdafiə və zirehli maşınlardan gedir.
Xuraman Etibarlı
www.yenicag.az