!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransa prezidenti ÇƏTİN DURUMDA: Makron bu partiyalara qarşı çıxmaq çağırışı etdi

!Reklam – Yazi

Jan Luk Melanşon solçu Yeni Xalq Cəbhəsinin Jordan Bardella və Marin Le Penin sağçı Milli Ralli Partiyasına qarşı mübarizə çərçivəsində Fransa parlamentinə keçirilən seçkilərin birinci turunda üçüncü yeri tutmuş namizədlərini çıxarmağa hazır olduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Qəzet Melanşonun sözlərindən sitat gətirib.

“Milli Rallinin qalib gəlməsinə imkan verməyəcəyik, əgər onların namizədi üstün olsa və biz üçüncü yeri tutsaq, namizədimizi çıxaracağıq”, – deyə o bildirib.

Nəşr yazır ki, Emmanuel Makron Bardello və Le Penin partiyasına qarşı çıxmaq üçün “geniş demokratik və respublikaçı” birliyə çağırır.

“Həmçinin Fransa Sosialist Partiyasının lideri Olivye For öz partiyasından olan namizədləri sağçı namizədləri məğlub etmək şansları az olarsa, parlament seçkilərinin ikinci turunda iştirakdan imtina etməyə çağırıb”, – deyə məlumatda qeyd olunub.

KİV analitikləri hesab edir ki, Milli Birliyin üzvü Bardella Fransa parlamentinə seçkilərin ikinci turunda səsverməni həlledici adlandırıb.

“O, baş nazir olmaq niyyətində olduğunu bildirib və vətəndaşları partiyasına parlamentdə mütləq çoxluğu verməyə çağırıb”, – deyə qeyd edilib.

Xatırladaq ki, Milli Ralli ilk turda üstünlük əldə etsə də, konstitusion üstünlüyə (289) yiyələnə bilməyib.

Rafi Müslümov

COP29

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv