Fransa Qrenlandiyaya əlavə hərbi qüvvələr və texnika göndərir

media-hightechnic-468x90

Fransa yaxın günlərdə Qrenlandiyaya hərbçi qrupundan əlavə, quru, hava və dəniz hərbi texnikası göndərəcək.

media-banner_tkm

Yenicag.az “France Info”ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron İstr şəhərində hərbçilər qarşısında çıxışı zamanı bildirib.

Makron həmçinin 2026-2030-cu illər ərzində Fransanın müdafiə büdcəsinin 36 milyard avro artırılması zərurətini vurğulayıb, bunun 3,5 milyard avrosu 2026-cı il üçün artıq nəzərdə tutulub.

Bundan əvvəl 15 fransız hərbçinin artıq Qrenlandiyaya gəldiyi bildirilmişdi.

“Danimarkanın xahişi ilə qərara gəldim ki, Fransa Qrenlandiyada təşkil olunan birgə təlimlərə qatılacaq”, – Makron “X” sosial şəbəkəsində yazıb./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05