!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisdəki nümayişlərdə neçə nəfər saxlanılıb? - YENİLƏNDİ / VİDEO

!Reklam – Yazi

Fransada pensiya islahatına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox şəxs saxlanılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin daxili işlər naziri Jerald Darmanen açıqlayıb.

Onlardan 258 nəfəri paytaxt Parisdə, digərləri isə ölkənin başqa regionlarında saxlanılıb.

***

11:00

Fransa polisi pensiya islahatına qarşı etiraz aksiyasına çıxan 217 nəfəri saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxslər soyğunçuluq və yanğın törətməkdə ittiham olunurlar.

Qeyd edək ki, ötən gün aksiya ilə bağlı Parisin mərkəzinə 6 min adam toplaşıb. Onlardan bəziləri şəhərdə yanğın törətməyə başlayıb. Fransa paytaxtının küçələrində yanğının necə alovlandığı, avtomobillərin necə yanmasını əks etdirən video-görüntülər yayılıb. Polis qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlardan istifadə edib.

www.yenicag.az

226
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv