!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransada seçkilərdə ermənipərəst olan bu qüvvə qalib gələ bilər

!Reklam – Yazi

“Fransada keçirilən seçkilərdə hakimiyyətə komunistlər gələ bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Fransada keçirilən prezident seçkilərindən sonra Azərbaycanla münasibətlərin yaxşılaşdırılması ehtimalı ilə bağlı fikirlərini səsləndirən politoloq Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, ümumilikdə yanaşdıqda ölkələrarası münasibətlər yaxşılaşdırılmalıdır.

“Əslinə qalsa, münasibətlərin soyuq olması nə Fransaya, nə də Azərbaycana sərf etmir. Çünki heç bir ölkə qonşu və digər dövlətlərlə əlaqələrin pis olmasını istəməz. Azərbaycan sülhsevər və dostluğa önəm verən tərəfdaş olaraq, hər zaman əməkdaşlığa hazırdır. Lakin bunu Fransa üçün söyləmək olmur. Görünən odur ki, elə münasibətlərin pisləşməsində də qarşı tərəfin rolu daha böyükdür.

Fransada keçirilən seçkilərdə hakimiyyətə komunistlər gələ bilər. Ermənipərəst mövqedə olan bu namizədlərin Azərbaycana qarşı necə siyasət yürüdəcəyi isə sual altındadır. Bu səbəbdən qısa müddət ərzində nəyinsə dəyişəcəyəni gözləmək olmaz. Hər halda, reallıqları dərk edib, realist siyasətə geri dönməlidirlər”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

165
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv