Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilər keçirib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, ilkin seçkilərin birinci turunda sabiq təhsil naziri Benua Amon və eks-baş nazir Manuel Vals liderlik edir.

İlkin nəticələrə əsasən, B.Amon 35,21%, M.Vals isə 31,56 səs toplayıb. Seçkilərdə ümümilikdə 7 namizəd iştirak edib. İkinci tur yanvarın 29-da keçiriləcək.

Qeyd edək ki, seçkilər nəticəsində müəyyənləşdirəcək namizəd 2017-ci ildə keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."