Fransada güclü yanğın baş verib.
Yenicag.az xəbər verir ki, yanğın Fransanın şərqində yerləşən Mulhouse şəhərində yaşanıb. Məlumata görə, daha çox türk vətəndaşlarının yaşadığı binada baş verən güclü yanğın nəticəsində 4-ü uşaq olmaqla 5 nəfər ölüb, 8 nəfər isə yaralı olaraq xəstəxanaya yerləşdirilib. Onlardan 5-nin vəziyyətiin ağır olduğu deyilir.
Ölənlərdən 3-ü türk vətəndaşıdır.
Hadisə şahidlərinin bildirdiyinə görə, insanlar xilas olmaq məqsədi ilə özlərini binadan atırdılar.
Mulhouse bələdiyyə sədri açıqlamasında, ölənlərin şəxsiyyətlərinin müəyyənləşirildiyini qeyd edib.
www.yenicag.az