FHN: Maştağada baş verən yanğın söndürülüb - YENİLƏNİB
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın söndürülüb.
Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində yanğın genişlənməsinə, həmçinin ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.
02 iyun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Qurumdan Yenicag.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.
02 iyun
Bakıda güclü yanğın başlayıb.
Yenicag.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri müvafiq ünvanda operativ tədbirlər həyata keçirir.













