!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransadakı seçkilərdə sürpriz NƏTİCƏLƏR: Makronun hakimiyyəti təhlükədə - Hansı qüvvələrlə anlaşacaq?

!Reklam – Yazi

“Fransada baş verən hadisələr həm Avropa Parlamentinə keçirilən seçkilərlə bağlı maraq doğurdu, həm də son dövrlər Fransanın beynəlxalq arenada üzləşdiyi ciddi problemləri göstərmişdi oldu”.

Bu barədə Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov bildirib.

O, Fransa parlamentinə keçirilən seçkilərdə sürpriz nəticələrin əldə edilməsindən və solçuların mütləq üstünlüyü ələ keçirməsindən söz açıb.

“Fransanın daxilində son illər baş verən, xüsusilə də pensiya islahatları və Emmanuel Makronun həyata keçirməyə çalışdığı iqtisadi tədbirlər var ki, bunlar cəmiyyət tərəfindən ciddi şəkildə etirazlarla qarşılandı. Biz “sarı jiletlilər” hərəkatı ilə başlayan etirazlara diqqətə yetirsək, görərik ki, Makron hakimiyyətə gəldiyi dövrdən Fransa cəmiyyətində həyata keçirmək istədiyi tədbirlərdə ciddi etirazlarla üzləşdi. Sözügedən etirazların nəticələri parlament seçkilərində özünü göstərdi və Makronun partiyası parlamentdə üstünlük təşkil edə bilmədi”, – deyə o, əlavə edib.

Mütəxəssis diqqətə çatdırıb ki, gözlənildiyi kimi, Mari Le Penin milliyyətçi “Milli Ralli” Partiyası həm Avropa, həm də Fransa parlamentinə seçkilərdə öz səslərini daha da artırdı:

“Maraqlısı isə budur ki, Jan Luk Melanşonun rəhbərlik etdiyi sol cəbhənin gözlənilməz şəkildə xeyli ciddi nəticələr əldə etməsi oldu. Bu nəticələrlə isə sol düşərgənin səslərinin artmasına səbəb Fransadakı sosial-iqtisadi vəziyyət və əhalinin güzəranına təsir edəcək islahat adlandırılan tədbirlərin nəticələrində özünü göstərdi”.

O. Qasımov xatırladıb ki, E. Makronun özünün də reytinqi aşağı düşdüyü üçün həmin nəticələr əldə olundu:

“Lakin sol cinahla ifrat sağın parlamentdə uzlaşıb, hökuməti qurması imkansız görünür. Ona görə də sol cəbhənin mərkəzçi mövqedə olduğu güman edilən Makronun “İntibah” Partiyası ilə koalisiya qurması daha real görünür, nəinki Le Penlə. Çünki ifrat sağla solun koalisiya qurması çox nadir hallarda baş verir. Hazırkı şəraitdə Makron özü də ciddi cəhdlə çalışacaq ki, qələbə qazanmış sol cəbhə onun partiyası ilə hökuməti təşkil etsin. Bu həm Makrona müəyyən qədər siyasi divident gətirəcək, eyni zamanda, onun hakimiyyətinə təhlükə də müəyyən mənada azalır.

Sol cəbhəyə gəldikdə isə onlar seçkilərdə uğur qazanmış qüvvə kimi koalisiyaya gedəcəklərsə, hakimiyyətə təsir imkanları, şübhəsiz ki, artacaq. Hazırkı durumda Makronun siyasi vəziyyətinin çox da stabil olmaması onun sol cəbhənin bir çox tələblərini qəbul edəcəyi kimi də xarakterizə edilir”.

Rafi Müslümov

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv