!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Fransanın qalaqlanan dəhşətli CİNAYƏTLƏRİ: “Parisin üzr istəməsi...” - ŞƏRH

!Reklam – Yazi

“Cinayətkar müstəmləkə siyasəti, insanlara qarşı soyqırımı, törədilən faciələr Fransanın üz qarasıdır”.

Bunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdəki ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” çağırışına münasibət bildirən politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Fransa Böyük Britaniyadan sonra ikinci müstəmləkə imperiyasıdır:

“Fransa Afrikanın qərb və cənub ölkələrini özünün müstəmləkəsinə çevirmişdi. Müstəmləkəçilik siyasəti keçirdiyi yerlərdə missioner fəaliyyətlə məşğul olub, əhaliyə xristianlığı zorla qəbul etdirib, Fransız dilində danışmağa məcbur ediblər. Hazırda bir çox Afrika ölkəsinin rəsmi dili fransız dilidir. 1930-cu illərdə işğalçı Fransanın ərazisi 24 milyon kvadrat kilometr olub. Bu isə dünyanın 17.8 faizinə bərabərdir. Fransanın ən çox qırğın törətdiyi ölkə Əlcəzairdir. Milyonlarla Əlcəzair vətəndaşı Fransa müstəmləkəçilik siyasətinin qurbanı olub.

Fransa dünya tarixində ən qaniçən, elm adamlarını qətlə yetirən, cinayətkar müstəmləkə siyasəti yürüdən ölkə kimi yaddaşda qalıb.

Əlcəzair parlamentariləri 2005-ci ildən Əlcəzair Parisdən üzr istəməsini tələb edən qanun qəbul etməyə çalışırlar. 2022-ci ilin oktyabrında Şimali Afrika ölkəsinin aparıcı siyasi qüvvəsi Fransadan 1961-ci ildə Parisdə fransız polisi tərəfindən dinc əlcəzairli nümayişçilərin öldürülməsinə görə də üzr istəməsini tələb edib.

İndiki Fransız rəhbərliyinin həyasız insan olduğunu bilmək lazımdır. Ona görə də Parisin üzr istəməsi hələ ki baş tutmur. Cinayətkar müstəmləkə siyasəti, insanlara qarşı soyqırımı, törədilən faciələr Fransanın üz qarasıdır”.

Nəsimi Əlsgərli

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv