“Fransanın təxirə salınmış 2025-ci il büdcə qanun layihəsi artımı qorumaq üçün 5%-dən bir qədər çox kəsir hədəfləyəcək”.
Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin yeni maliyyə naziri Erik Lombard bildirib.
Əvvəllər Fransa hökumətinin investisiya qolu olan “Caisse des Depots”a başçılıq etmiş Erik Lombard əvvəlki hökumətin kəmər sıxma təkliflərinə qarşı reaksiya fonunda, dekabrın əvvəlində etimadsızlıq səsverməsi aldıqdan sonra parlament vasitəsilə büdcəyə rəhbərlik etmək tapşırığı alıb.
Lombardın gələn il üçün kəsir hədəfi, əvvəlki hökumətin hədəflədiyi 5%-dən yüksəkdir. Amma bu, hələ də kəsirin ümumi daxili məhsulun 6%-dən çox olacağı gözlənilən bu ildən aşağı olacaq.
“Yaxşı büdcə yaratmaq üçün bu qanun layihəsinə dəyişikliklər etməliyik. Artımını qorumaq üçün 5%-dən bir qədər yuxarı kəsirlə”, – deyib.
“İnkişafı qorumaq üçün kəsirin azaldılması vergitutmadan daha çox dövlət xərclərinin kəsilməsi ilə təmin edilməlidir ki, hər hansı vergi artımı çox məhdud olsun”, – o, söyləyib.
O, Fransa parlamentindəki bütün siyasi partiyalarla məsləhətləşəcəyini və bu müzakirələrin hökumətin büdcə təkliflərinin hazırlanmasına töhfə verəcəyini bildirib.
Lombard ötən bazar ertəsi Baş nazir Fransua Bayru hökumətinə təyin edilib. Sələfi Mişel Barnier kimi parlamentdə işlək çoxluğa sahib olmayan Bayru fevralın ortalarına qədər büdcəni hazır etməyi hədəflədiyini söylədi. Dekabrın 23-də Fransa ölkənin yeni Baş naziri Fransua Bayru hökumətini formalaşdırıb və nazirlərin adlarını açıqlayıb.
www.yenicag.az