Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Futbolçunu həbsxanada ülgüclə doğradılar

Reklam: Sinerji Pro

скачанные файлы (1)İngiltərə millisinin və “Sanderlend” klubunun keçmiş yarımmüdafiəçisi Adam Consona həbsxanada hücum edilib. Modern.az-ın xarici mediayaistinadən verdiyi xəbərə görə, yeniyetmə yaşına çatmayan qızla seksual əlaqə üstündə 6 il azadlıqdan məhrum edilən futbolçunun kamera yoldaşları ona ülgüclə xəsarət yetiriblər.

Məhkəmə 28 yaşlı futbolçu haqda martın 24-də hökm elan edib. Bundan sonra dərhal həbsxanaya göndərilən Consonu “Lids Yunayted” və “Bredford” klublarının azarkeşləri olan məhbusların əksəriyyəti tanıyıblar. Həbsxanada süpürgəçilik edən futbolçu az sonra kamera yoldaşlarının hücumuna məruz qalıb. Nəticədə onun sifətinə, qasıqnahiyəsinə, eləcədə yanlarına ülgüclə xəsarət yetiriblər.

Bundan başqa, məhkumlar Consona xəbərdarlıq ediblər ki, rədd olub seksual cinayətkarlar üçün nəzərdə tutulan tərəfə getməsə, nəticəsi onun üçün daha ciddi olacaq.

Conson “Sanderlend”ə 2012-ci ildə “Mançester Siti”dən keçib və bu komandanın heyətində 100-dən çox oyunda iştirak edib. O, bundan əvvəl “Midlsbro”, “Lids” və “Uotford” klublarında da oynayıb. Yarımmüdafiəçi İngiltərə millisinin heyətində 12 oyunda meydana çıxıb və rəqiblərin qapısına iki qol vurub.

www.yenicag.az

374