Futzal üzrə Yüksək Liqada final oyununun vaxtı AÇIQLANDI

media-hightechnic-468x90

Futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Federasiyanın Mətbuat Xidmətindən verilən məlumata görə, hər iki görüş mayın 7-də Bakı İdman Sarayında gerçəkləşəcək.

Əvvəlcə meydana bürünc medalın sahibini müəyyənləşdirmək üçün “Neftçi” İK və “Baku Fire” komandaları çıxacaq. Bu qarşılaşma saat 12:00-da start götürəcək.

Həmin gün saat 15:00-da isə final oyunu baş tutacaq. “Araz-Naxçıvan” və EKOL ölkə çempionunun adına aydınlıq gətirəcək. Bu görüşdən sonra mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, hər iki oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05