!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Füzuli və Cəbrayıl istiqamətlərində döyüşlər uğurla davam edir” - Səxavət Məmməd cəbhədən xəbər verir

!Reklam – Yazi

“Artilleriya bölmələrimiz düşmənin yeni atəş nöqtələrini dəqiq zərbələrlə susdururlar”.

Bunu döyüş bölgəsində oktyabrın 15-i saat 13:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, cəbhə xəttində gecə saatlarında qarşılıqlı artilleriya zərbələri endirilib:

“Təxminən saat 07:15-dən başlayaraq, ermənilər xüsusilə, Ağdam istiqamətində cəbhənin ön hissəsinə yaxın kəndlərinin top və raketlərdən atəşə tutublar. Bu zaman ermənilərin daha çox hədəfə aldıqları yaşayış məntəqəsi Qarakənd kəndi olub.

Eyni zamanda, Tərtər rayonunun bir neçə kəndi uzaqvuran toplardan atəşə tutulub. Əldə etdiyim məlumata əsasən, itki və yaralımız yoxdur. Artilleriyası bölmələrimiz düşmənin yeni atəş nöqtələrini dəqiq zərbələrlə susdururlar. Düşmənin Sarıkənd istiqamətindəki mövqelərinə dağıdıcı zərbələr endirilib. Ordumuzun Füzuli və Cəbrayıl istiqamətində uğurlu əks-hücum əməliyyatları davam edir.

Əməliyyat şəraiti tam olaraq Ordumuzun nəzarətindədir”.

Gülşən Şərif

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv