Füzulidə dəhşətli qəza: 3 polis öldü, 6-sı yaralandı

Sentyabrın 19-da saat 01:00 radələrində Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, yük avtomobilinin aşması nəticəsində DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.