!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G7 liderləri Ukraynaya görə toplanır: 50 milyard dollarla bağlı fikir ayrılığı

!Reklam – Yazi

G7 ölkələrinin Ukraynaya 50 milyard dollara qədər kredit ayırması ilə bağlı razılaşmanın və Rusiya aktivlərindən gələcək qazanclarla onun təmin olunmasının bu gün İtaliyada başlayacaq G7 sammitinin əsas mövzusu olacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Financial Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, ancaq müqavilənin forması ilə bağlı danışıqlar dayanıb, çünki G7-nin paytaxtları kredit üzrə son riski kimin daşıyacağı və pulun necə bölüşdürüləcəyi kimi məsələlər ətrafında mübahisə edir.

“ABŞ-nin Milli Təhlükəsizlik müşaviri Cek Sallivan dondurulmuş aktivlərlə bağlı sövdələşmənin “nə gətirəcəyi baxımından olduqca spesifik” bir çərçivədə həyata keçiriləcəyini söyləyib. Lakin o, əlavə edib ki, ekspertlər İtaliyada razılaşdırılan hər şeyin əsas əməliyyat təfərrüatları ilə bağlı müəyyən vaxt çərçivəsində razılaşmalı olacaqlar”, – deyə məlumatda qeyd olunub.

“Biz hələ də texniki təfərrüatları müzakirə edirik və əsasən, bunu öz prinsiplərimizə uyğun etməyə çalışırq. Nə vaxtsa, qalıq riski kimsə qarşılamalıdır”,– Sallivan bildirib.

Nəşrin analitiklərinin fikrincə, Avropa İttifaqının (Aİ) Brüsseldəki diplomatları bildiriblər ki, blok digər ölkələr üçün maliyyə riskləri götürməyə razı olmayacaq.

“Brüssel ABŞ-yə Aİ sanksiyalarının qeyri-müəyyən müddətə qüvvədə qalacağına dair zəmanət verə bilməz və buna görə də hər bir ölkə riskin bir hissəsini öz üzərinə götürməli olacaq”, – deyə bildirilib.

Qeyd olunub ki, ümumi 50 milyard dollarlıq paketlə bağlı geniş razılaşma olsa da, ayrı-ayrı hissələrin necə hesablanacağına dair razılaşma tam deyil.

“Bəzi məmurlar onların ÜDM-ə əsaslanmalı olduğunu iddia edir, digərləri isə hər bir G7 üzvünün öz ərazisində malik olduğu immobilizasiya edilmiş aktivlərin nisbi məbləğinə əsaslanan bölgü təklif edir”, – deyə qeyd eilib.

Qəzetlə söhbətində danışıqlarla tanış olan iki şəxsin sözlərinə görə, Dünya Bankının kredit paketinin ABŞ hissəsinin ayrılmasında rol oynayacağı gözlənilir.

“Fikir ayrılıqlarına baxmayaraq, liderlər Ukrayna prezidenti Volodimir Zelenskinin də iştirak edəcəyi Portuqaliyadakı sammitdə razılığa gəlməyə qərarlıdırlar”, – deyə bildiriblər.

Rafi Müslümov

COP29

www.yenicag.az

82
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv