!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G7 ölkələri Talibanla gələcək əlaqələrə dair yol xəritəsi qəbul etdi

!Reklam – Yazi

G7 liderlərinin virtual görüşündə Əfqanıstanla bağlı müzakirələr aparılıb.

Yenicag.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Boris Conson G7 ölkələrinin təxliyə məsələsi ilə bağlı “Taliban”la ortaq qərara gəldiyini bildirib.

Eyni zamanda Talibanla gələcəkdə əlaqə qurma barəsində yol xəritəsi qəbul edildiyi qeyd edilib.

NATO-nun Baş katibi Yens Stoltenberq görüşdən sonra bildirib ki, virtual toplantıda Əfqanıstandan təxliyənin koordinasiyası və terrorçuların ölkəyə qayıtmasının qarşısının alınması məsələləri müzakirə edilib.

“G7 liderləri ilə Əfqanıstan mövzusunda mühüm bir müzakirə oldu. NATO təxliyəni təmin etmək üçün koordinasiyasını davam etdirir. Terror qruplarının Əfqanıstanda sərbəst şəkildə fəaliyyətinin qarşısını almalıyıq”, – Stoltenberq deyib.

Avropa Şurasının rəhbəri isə görüşdə bildirib ki, G7 koalisiya dövlətlərinin vətəndaşlarının Əfqanıstandan tamamilə çıxarılmasına üstünlük verir və “Taliban”ı hava limanına girişi təmin etməyə çağırır.

G7 təxliyə məsələsi ilə bağlı Talibanla ortaq qərara gəlib.

Trend-in məlumatına görə, bu barədə baş nazir Boris Conson G7 ölkələrinin bu gün virtual keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Bildirilir ki, eyni zamanda Talibanla gələcəkdə əlaqə qurma barəsində yol xəritəsi qəbul edili.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv