Yeddilik Qrupu (G7) ölkələri Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığı pisləyib və həmçinin İranı Rusiya ordusuna dəstəkdən imtina etməyə çağırıb.
Yenicag.az xəbər verir ki, İtaliyanın Stresa şəhərində “Yeddilik” ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin görüşünün yekunlarına dair bəyanat yayılıb.
“Biz Şimali Koreya ilə Rusiya arasında BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa pozan artan hərbi əməkdaşlığı qətiyyətlə pisləyirik. Biz İranı Rusiya ordusuna və onun Ukraynaya qarşı müharibəsinə dəstəyi dayandırmağa çağırırıq ”, – bəyanatda deyilir.