!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G7 və Avstraliyadan Rusiya neftinə qarşı yeni qərar

!Reklam – Yazi

Avropa İttifaqından sonra G7-yə üzv ölkələr və Avstraliya Rusiya neftinə 60 dollarlıq tavan tətbiq etməklə bağlı razılığa gəlib.

Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, bu barədə G7-yə üzv dövlətlər açıqlama yayıblar.

Açıqlamaya görə, G7 ölkələri bu qərarla Rusiyanın Ukrayna müharibəsində qazanc qaynaqlarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməyə və Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara mənfi təsirini minimuma endirməyə çalışırlar. Sözügedən tətbiqin dekabrın 5-də qüvvəyə minəcəyi bildirilib.

Bundan əlavə, yeni qiymət məhdudlaşdırma mexanizmi yaradılacaq. Bu mexanizm Rusiya neftinin tavan qiymətinin dünya bazar qiymətlərindən 5 faiz aşağı saxlanılmasını təmin edəcək. Rusiya neftinə tətbiq edilən tavan qiymət hər iki aydan bir yenidən qiymətləndiriləcək.

Rusiya rəsmiləri isə öz növbəsində tavan qiymət tətbiqinə qatılan ölkələrə neft satmayacaqlarını açıqlayıb.

Gülşən

www.yenicag.az

249
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv