Gecə Bakıda maşın yandırdılar – FOTO – Yenicag.Az

Reklam

Reklam

Bu gün gecə saatlarında Bakının Nəsimi rayonunda gözlənilməz yanğın hadisəsi baş verib

Yeniçağ.Az “24saat.org” saytına istinadən xəbəb verir ki, 05 Fevral 2017-ci il tarixində Bakının Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində dəhşətli yanğın hadisəsi baş verib.

Məlumata görə, 99-CR-753 dövlət nömrə nişanlı Opel markalı avtomobil park edildiyindən 10 saat sonra gecə saat 03 radələrində alışaraq yanıb.

Əldə etdiyimiz məlumatda bildirilir ki, maşın sol arxa təkərindən alovlanmağa başlayıb. Xatırladaq ki, bu minik növünün benzin çəninin sağ tərəfdə olması və saxlanıldığından 10 saat sonra alovlanması deməyə əsas verir ki, maşın qəsdən yandırılıb.

Hadisə barədə polisin 102 məlumat mərkəzinə dərhal xəbər verilsə də, hadisə yerinə gələn polislərin avtomobil sahibini “niyə 102-yə zəng vurursan” ittihamı ilə qarşı-qarşıya qoyub tədqiqat aparılacaq deyərək getdiyi bildirilib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 249
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."