Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gədəbəydə inanılmaz VƏHŞİLİK - DİN araşdırmaya başladı

Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə DİN-ın mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, – DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu, Keşməli kənd sakini Elton İlham oğlu Həsənov ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

Loading...

www.yenicag.az

189
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100