!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gedişhaqqında YENİLİK: Bu sistem metroya da tətbiq ediləcək? - AÇIQLAMA

!Reklam – Yazi

“Yaxşı olardı, bu sistem elə inkişaf etdirilsin ki, heç kartlara ehtiyac duyulmasın”.

Bu sözləri yaxın gələcəkdə avtobuslarda bank kartları vasitəsilə ödəniş etmənin mümkün olmasını şərh edərkən nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

O, bank kartları vasitəsilə metroda da ödənişin mümkün olacağını bildirib:

“Metro və avtobuslarda eyni kartdan istifadə edildiyi üçün yeni sistem tətbiq edilərsə, hər iki nəqliyyat vasitələrində keçərli olacaq. Gələcəkdə parklanma ödənişlərinin də bank kartları vasitəsilə həyata keçirilməsi bu yöndə olan bir sıra problemləri asanlaşdıra bilər. Əsas məsələ sistemin qurulması və inteqrasiyasıdır. Yəni ödəniş aləti kimi yalnız bir kartdan istifadə etmək daha əlverişlidir. Belə olduqda vətəndaşlar da ciblərində bir neçə kart gəzdirmək zərurətində olmazlar.

Ümumiyyətlə, gələcəkdə bu sistem yaxşı inkişaf etdirilsə, kartlara ehtiyac qalmayacaq. Bunun üçün mobil cihazlar vasitəsilə ödənişlərin həyata keçirilməsini təkmilləşdirmək lazımdır”.

Sadiq Cavadov

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv