Bir yuyucu tozu firmasının 10 fərqli ölkədə uşaqlarla bağlı apardığı araşdırma çox qorxunc bir gerçəyi üzə çıxardı. Araşdırma zamanı 5-12 yaş arasında 12 min uşağın valideynləri ilə görüşüldü.
Yenicag.az xəbər verir ki, araşdırmanın sonucunda sadəcə İngiltərədə uşaqların üçdə birinin küçədə 30 dəqiqədən az oynadıqları məlum oldu. Daha acınacaqlısı, ingilis uşaqların beşdə biri küçədə oynamağa can atmır.
Birləşmiş Millətlər Təşkilatının “məhkumlar üçün minimum standarlar” şərtinə görə, bir məhkum gündə ən az bir saat açıq havada gəzməlidir.
ABŞ-ın İndiana əyalətindəki həbsxana məhkumları ilə əldə edilən nəticələr paylaşıldıqda, onlar yeni nəslin açıq havada qalmaq istəməməsini depressiya olaraq, qiymətləndiriblər.
Araşdırmaya görə, digər ölkələrdə də vəizyyət İngiltərədəkindən çox da fərqli deyil.
Yenicag.az
www.yenicag.az