Gələn il dövlət sifarişi və dövlət hesabına təhsil alanların sayı ARTACAQ
“Gələn il dövlət sifarişi və dövlət hesabına təhsil alanların sayının 5 210 nəfər artaraq 1 150 102 nəfərə, təqaüd alanların sayının 7 520 nəfər artaraq 121 280 nəfərə çatdırılması dövlət qayğısının göstəricisidir”.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün növbəti ilə proqnozlaşdırılan vəsaitin 41 800 000 manatı güzəştli kateqoriyaya aid 18 500 nəfər – keçmiş məcburi köçkünlər, valideynini itirmiş tələbələr, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, sağlamlıq imkanları məhdud şəxslərin övladları olan tələbələr, “Müharibə veteranı” almış şəxslər, şəhid ailəsinin üzvü olan şəxslər üçün ayrılması dünyada hansı mürəkkəb şəraitin yaranmasından asılı olmayaraq dövlətimizin, dövlət başçımızın siyasətində onlara qayğının həmişə xüsusi yer tutduğunu göstərir”, – deyə vitse-spiker vurğulayıb.












