Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gələn il maaş və pensiyalar neçə faiz artacaq?

3418

 

 

Vüqar Bayramov: “2015-ci ildə qiymətlərin 2014-cü il ilə müqayisədə daha yüksək olacağı proqnozlaşdırılır”

Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi,həmçinin dünyanın bir çox böyük dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sankisyalar Azərbaycana da öz təsirini göstərir. 2014-cü ilin son aylarında əsasən Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının qiymətində kəskin bahalaşma öz təsirini göstərdi. Bəs 2015-ci il bizə nə vəd edir?.. Əməkhaqlarının artımı nəzərdə tutulubmu?

qarbarBütün bunlara aydınlıq gətirmək üşçün iqtisadçı Vüqar Bayramova müraciət etdik. Yenicag.az saytına açıqlamasında Vüqar Bayramov  əməkhaqlarının və pensiyaların artımının gələn il olacağının bildirdi. Vüqar Bayramov  daha sonra 2015-ci ilin proqnozları barədə bunları söylədi:”2015-ci ilin dövlət büdcəsindən sosial yönlü xərclərə ayrılan 5 milyard 826,4 milyon manatın 3 milyard 452,4 milyon manatının əmək haqlarına, 1 milyard 845 milyon manatının təqaüdlər və sosial müavinətlərə, 319,7 milyon manatının ərzaq məhsullarının alınmasına, 209,3 milyon manatının dərman və sarğı ləvazimatlarının alınması yönəldilməsi nəzərdə tutulur. Təqaüdlər və sosial müavinətlərə ayrılan xərclər 2014-cü ilin proqnozu ilə müqayisədə cəmi 24,7 milyon manat çoxdur. Əmək haqlarına ayrılan xərclər isə 2014-cü ilin proqnozu ilə müqayisədə 417,7 milyon manat çoxdur. Gələn ilin dövlət büdcəsi əvvəlki illər ilə müqayisədə sosial xərclərin atması ilə yadda qalacaq. Belə ki, 2015-ci ilin dövlət büdcəsi layihəsində mütləq ifadədə sosial istiqamətə 5 milyard 826,4 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2014-cü ilə nisbətən 489,2 milyon manat və ya 9,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 920 milyon manat və ya 18,8 faiz çoxdur.

Sosial xərclərin məbləğinin artması eyni zamanda əmək haqqı və pensiya artımları üçün maliyyə bazası formalaşdırır. Təbii ki, hansl kateqoriya işçilərin əmək haqqlarının artması ilə bağlı qərar gələn il veriləcək. Bununla belə, dövlət büdcəsinin xərcləri büdcədən maliyyələşən işçilər o cümlədən müəllim və həkimlərin əmək haqqlarının artırılacağı ilə bağlı proqnoz verməyə imkan verir. Artımın kateqoriyadan asılı olaraq 5-10 faiz intervalında olacağı gözlənilir.

2015-ci ildə qiymətlərin 2014-cü il ilə müqayisədə daha yüksək olacağı proqnozlaşdırılır. Əvvəlla, gələn ilin dövlət büdcəsi 2014-cü il ilə müqayisədə artacaq. Bu isə xərcləmələrin artması deməkdir. Büdcə xərcləmələri pul dövriyyəsinə daha çox vəsaitin  daxil olmasi və qiymət artımlarını şərtləndirəcək. İkincisi, idxal olunan məhsulların qiymətində artımın olacağı proqnozlaşdırılır ki, bu da idxal infilyasiyası yaradacaq. Üçüncüsü, 2015-ci ildə də iqtisadi artımın davam edəcəyi və sürətlənəcəyi proqnozlaşdırılır. Sürətli iqtisadi inkişaf isə pul dövriyyəsini  həcmini artırır. Nəhayət, dünya bazarında baş verənlər daxili bazara psixoloji təsir göstərəcək.  Bütün  bunları nəzərə alsaq gələn il inflyasiya 6 faiz intervalında olacaq.”

 

Loading...

www.yenicag.az

2514